Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, istinadən xəbər verir ki, bu barədə monarxın ofisinin naziri Məhəmməd Abdulla əl-Mübarək əs-Sabah bildirib.
Noyabrın sonunda 86 yaşlı əmirin səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirildiyi bildirilir.
Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 2020-ci ilin sentyabrından Küveyt taxtındadır. Ondan sonra hakimiyyət onun kiçik qardaşı, vəliəhd Mişal əl-Əhməd əl-Cabir əs-Sabaha keçəcək.