IMG-LOGO

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

16 Dec 2023 14:23 149 baxış
IMG

Leninqrad vilayətində 11 yaşlı uşaq 13-cü mərtəbənin eyvanından yıxılaraq xəstəxanaya yerləşdirilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Kudrovoda, Prajskaya küçəsində baş verib.

Hazırda uşaq tibb müəssisəsindədir, vəziyyəti ağır qiymətləndirilir. İlkin məlumata görə, məktəbli qıza sağ və sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Qızın 13-cü mərtəbədən niyə yıxıldığı barədə məlumat yoxdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Mənbə: lent.az

Xəbər lenti