IMG-LOGO

Ailə həkimi necə seçilir? – CAVAB

20 Aug 2024 11:58 152 baxış
IMG

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ailə həkiminin təyin edilməsidir.

Ailə həkimi necə seçilir?

Lent.az xəbər verir ki, ailə həkimini seçmək üçün yaşayış yeri üzrə ən yaxın olan ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət olunmalıdır.

Qeydiyyatçıya şəxsiyyət vəsiqəsi və yaşayış ünvanı üzrə qeydiyyata dair sənəd təqdim edilməlidir. Ərizə dolduraraq ailə həkimi seçilməlidir. 18 yaşına çatmayan şəxslərin ailə həkimini seçməsi üçün ərizə onların qanuni nümayəndələri tərəfindən verilir.

Mənbə: lent.az

Xəbər lenti