IMG-LOGO

19 yaşlı ulduz "Qalatasaray"ın HƏDƏFİNDƏ

20.08.2024 05:13 101 baxış
IMG

Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Borussiya Dotmund"un formasını geyinən Youssufa Moukoko ilə maraqlanır.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, futbolçunun xidmətində maraqlı olan klublar sırasında "Betis" və "Nottingem Forest" də var.

19 yaşlı Moukokonun transfer qiyməti 22 milyon avro dəyərində qiymətləndirilir. 

Qeyd edək ki, almanların heyətində ümumilikdə 99 matça çıxan gənc ulduz 18 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər lenti