IMG-LOGO

Bakıda turisti maşın vurub öldürdü

16 Dec 2023 11:32 42 baxış
IMG

Bakıda əcnəbini maşın vurub.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Sabit Orucov küçəsində yerləşən "Mediland Hospital"ın qarşısında qeydə alınıb. 24 yaşlı İsmayılov Fazil Zahir oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Türkmənistan vətəndaşı olan 22 yaşlı Jemsit Caryyevi vurub. Yaralı yerləşdiyi Kliniki Tibbi Mərkəzdə ölüb.

Məlumata görə, mərhum Azərbaycana turist kimi gəlib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti