IMG-LOGO

Məşhur teleaparıcı vəfat edib

19 Aug 2024 18:45 147 baxış
IMG

SSRİ ilə ABŞ arasında telekörpülər aparan amerikalı məşhur teleaparıcı Fil Donahyu 88 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilib ki, o, evində, ailə üzvlərinin əhatəsində ölüb.

Qeyd edək ki, F.Donahyu 1967-ci ildən 1996-cı ilə qədər "The Phil Donahue Show"a aparıcılıq edib. 1987-ci ildə Amerika tərəfdən beş dəfə ABŞ-SSRİ telekörpülərinin aparıcısı olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti