IMG-LOGO

Ağdamda DƏHŞƏTLİ QƏZA: 3 nəfər güclə çıxarıldı - YENİLƏNİB

16 Dec 2023 10:50 151 baxış
IMG

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan şəxsləri adları məlum olub.

Lent.azAPA-ya istinadla xəbər verir ki, qəza nəticəsində xəsarət alan 3 nəfər - 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu və 1982-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğludur. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

*** Saat: 09:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlik-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənbə: lent.az

Xəbər lenti