Qəzza zolağında ölənlərin sayı son 24 saatda 13 nəfər artaraq 18 min 800-ə çatıb.
Lent.az xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.
Müharibənin 70-ci günü ilə bağlı məlumatlarda qeyd olunub ki, ölənlərdən 8 mini uşaq, 6200-ü qadındır.
Ölənlər arasında 300 tibb işçisi, 32 mülki müdafiə zabiti və 89 jurnalist var.
Yaralıların sayı 51 minə yüksəlsə də, 7500 itkin düşmüş sayılır.