IMG-LOGO

Daşqında ölənlərin sayı artdı

15.12.2023 22:52 62 baxış
IMG

Keniyada noyabrın ortalarından yağan güclü yağışın səbəb olduğu daşqında həyatını itirənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Son rəqəmlərə əsasən ölənlərin sayı 170-ə çatıb.

600 min keniyalının isə ötən ayın ortalarından etibarən evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd edilib.

Keniya ordusu da yardıma dəstək verir.

Kənd təsərrüfatı sahələrinə ziyan dəyib, yollar və körpülər zərər görüb.

Xəbər lenti