Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov onu artıq çəkiyə görə tənqid edən bloqerlərə cavab verib.
Lent.az xəbər verir ki, bu barədə “Chechnya Today” məlumat yayıb.
“Ölkədən kənarda yaşayan bloqerlər yazırlar ki, mən çox kökəlmişəm və arıqlamalıyam. Yəqin ki, məni ürəklərində sevirlər və buna görə də mənim üçün narahatdırlar. Onlar öz daxili səslərinə qulaq asmağa və bu fikirləri yüksək səslə səsləndirməyə məcburdurlar”, - Kadırov bildirib.