Voronejdə qar adamını oğurlayıb meşəyə atan şəxsə həbs cəzası verilib.
Lent.az xəbər verir ki, məhkəmə 28 yaşlı rusiyalını qar adamını oğurlamaqda təqsirli bilib və onu 1 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə o, sürücülük hüququndan 4 il müddətinə məhrum edilib.