Yaponiyanın baş naziri Fumio Kişida ölkənin hakim Liberal Demokratik Partiyasının ən böyük fraksiyasında pul yığımı və rüşvət qalmaqalı fonunda kabinetin dörd üzvünü dəyişdirmək qərarına gəlib.
APA xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat verib.
Nazirlər, o cümlədən hökumətin baş katibi Hirokazu Matsuno mərhum keçmiş baş nazir Şinzo Abenin fraksiyasına aiddir. Hamısı istefa ərizəsi verib, F.Kişida onların istefasını qəbul edib.
H.Matsunodan başqa, iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura, milli işlər və kommunikasiyalar naziri Dzundzi Sudzuki və kənd meşə təsərrüfatı və balıqçılıq naziri İtiro Miyaşita vəzifələrini itiriblər.