Rusiya Federasiyasının Vladimir vilayətində müəllimləri daşıyan avtobus ilə yük maşını toqquşub.
Lent.az-ın məlumatına görə, bu barədə vilayət qubernatoru Aleksandr Avdeyev "Telegram" kanalında məlumat verib.
Hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan ikisi reanimasiyadadır.
Yeddi nəfərin vəziyyəti orta-ağırdır.
Qəza zamanı avtobusun sürücüsü yerindəcə dünyasını dəyişib.