IMG-LOGO

Kamran Əliyev 2 xanım prokurora yeni vəzifə verdi

07 Aug 2024 12:52 155 baxış
IMG

Baş Prokurorluqda yeni təyinatlar olub.

Baş prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən, Şəlalə Rüstəmova və Səkinə Hüseyinova-Zeynalova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, onların hər ikisi 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, Ş.Rüstəmova bu təyinata qədər Nizami rayon prokurorunun köməkçisi və böyük köməkçisi vəzifələrində, S.Hüseyinova-Zeynalova isə Siyəzən rayon prokurorluğunun müstəntiqi və həmin rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləyib.

Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla prokurorluğun  gənc, yüksək nəzəri bilik və peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Mənbə: lent.az

Xəbər lenti