IMG-LOGO

"Barselona" 62 milyona yeni yarımmüdafiəçi alır

06 Aug 2024 19:33 267 baxış
IMG

"Barselona" "RB Leypsiq"in yarımmüdafiəçisi Daniel Olmonun transferi ilə bağlı şifahi razılığa gəlib.

Lent.az xarici mediaya istinadla bildirir ki, sövdələşmə 55 milyon avro zəmanətli ödənişlər və daha 7 milyon avro bonuslar təşkil edəcək. Olmo "blauqrana" ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq.

Ötən mövsüm Daniel klub və milli komandanın heyətində bütün turnirlərdə 32 matçda iştirak edib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun “RB Leypsiq”lə hazırki əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir. Nüfuzlu Transfermarkt internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Mənbə: lent.az

Xəbər lenti