IMG-LOGO

Olimpiadada rüşvət QALMAQALI: hakim ifşa etdi

06.08.2024 17:23 99 baxış
IMG

Qılıncoynatma üzrə keçmiş hakim Markus Şuls Beynəlxalq Qılıncoynatma Federasiyasını Parisdə keçirilən Olimpiadada rüşvətdə ittiham edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Şuls məşqçinin döyüşə görə ona 5 min avro təklif etməsini misal çəkib:

“Mən, əlbəttə, imtina etdim. O, belə cavab verdi: Sadəlövh olma. Sən heç vaxt zirvəyə çata bilməyəcəksən. Sən ya bizimləsən, ya da bizə qarşı”..

O qeyd edib ki, fırıldaqçılıq xüsusi olaraq Olimpiadaya yönəlib. Çünki tamaşaçıları cəlb edən yeganə qılıncoynatma yarışı ancaq Olimpiadada olur.

Xəbər lenti