“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsində antirekorda imza atıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, klub qrup mərhələsində 15 qol buraxan ilk ingilis klubu olub.
Tur Rəqib (matç) Hesabı 1 Bayern (səfər) 4:3 2 Qalatasaray (ev) 2:3 3 Kopenhagen (ev) 1:0 4 Kopenhagen (səfər) 4:3 5 Qalatasaray (səfər) 3:3 6 Bayern (ev) 0:1
“Mançester Yunayted” A qrupunda sonuncu yerdə qərarlaşıb və 2023/2024-cü il mövsümündə avrokuboklardan kənarda qalıb. Qrup mərhələsində Erik ten Haqın komandası dörd məğlubiyyət alıb, bir qələbə qazanıb, bir dəfə isə heç-heçə edib.
Bundan əlavə, “Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsini qrupda sonuncu yerdə başa vuran dördüncü Premyer Liqa klubudur. Əvvəllər bu nəticəni “Blekbern” (1995/1996), “Mançester Siti” (2012/2013) və “Mançester Yunayted”in özü - 2005/2006 mövsümündə göstəriblər.
Mənbə: lent.az