IMG-LOGO

Lada bağçanın hasarına çırpıldı, sürücü öldü

13 Dec 2023 07:19 103 baxış
IMG

Hacıqabulda avtomobil hasara çırpılıb, sürücü kəllə-beyin travması alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Hacıqabul şəhərində baş verib.

Şirvan sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elçin Adil oğlu VAZ-21015 markalı avtomobillə hərəkərdə olarkən idarəetməni itirib və maşın uşaq bağçasının hasarına çırpılıb. Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti