IMG-LOGO

Mütəxəssis: Yeni il salatı axşam yeməyi üçün də faydalı ola bilər

13.12.2023 05:32 103 baxış
IMG

Qidalanma üzrə ekspert Anastasiya Kondaurova ən sağlam Olivye salatı hazırlamağın sirrini açıqlayıb.

Lent.az Rosbalt-a istinadən xəbər verir ki, diyetoloq adi mayonezi az yağlı yunan qatığı ilə əvəz etməyi, həmçinin vitamin, mineral və lif tərkibini artırmaq üçün xiyar, pomidor və yaşıl noxud kimi daha çox təzə tərəvəz əlavə etməyi məsləhət görür.

Doymuş yağ tərkibini azaltmaq üçün kolbasa əvəzinə toyuqdan istifadə etmək də tövsiyə olunur. Əlavə faydalar üçün bir az rəndələnmiş yerkökü və alma əlavə edə bilərsiniz.  Kondaurova vurğulayıb ki, sağlam qidalanmanın məsuliyyəti hər kəsin üzərinə düşür.  

Xəbər lenti