IMG-LOGO

Sabirabadda ticarət obyektləri yandı

12 Dec 2023 20:06 143 baxış
IMG

Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin ərazidə yerləşən 8 obyekt və 900 kv metr ərazi yanıb.

Hadisə yerinə FHN-in Sabirabad və Saatlı yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb ounub. Yanğın söndürülüb və digər obyektlərə keçməsinin qarşısı alınıb.   Faktla bağlı araşdırma aparılır.  

Mənbə: lent.az

Xəbər lenti