IMG-LOGO

Bakıda yağışlı havada yük maşını aşdı - HADİSƏ ANI

12 Dec 2023 15:12 182 baxış
IMG

Bakıda yağışlı hava ilə əlaqədar qəza olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə bu gün Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində baş verib.

Qəza səbəbindən hazırda “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Mənbə: lent.az

Xəbər lenti