Britaniyalı televiziya ulduzu Sem Tompson heyvanların cinsi orqanlarını yemək məcburiyyətində qalıb.
Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Tompson “Mən məşhuram... Məni buradan çıxart” realiti şousuna qatılıb. Burada iştirakçılar alçaldıcı və ya xoşagəlməz hərəkətlər etməyə məcbur edilir. Onun rəqiblərindən biri siyasətçi Naykel Farajdır. O, şouda qalib olmaq üçün dörd penislə doldurulmuş pizza yeyib.
Finala vəsiqə qazanmaq üçün Tompson bir oturuşda böyük bir qurd, dəvə barmağı, balıq gözü və əqrəbi yeyib, lakin donuz vaginası yeməyinə gəldikdə imtina etmək istəyib. “Mən onu yeyə biləcəyimi düşünmürəm” desə də, sonunda onu yeməyə başlayıb.
Son sınaq dəvə cinsiyyət orqanı olub. Tompson bunu da sınamaq istəməyib. Rəqibi olan Faraj “Ona baxma, ye,” deyə, bilərəkdən onu ruhlandırıb. Sonda Tompson dəvə cinsiyyət orqanını da yeməli olub.