IMG-LOGO

Ukraynada Putinin oxşarı tapıldı - VİDEO

12 Dec 2023 12:54 99 baxış
IMG

Sosial şəbəkədə Kiyevdə ictimai nəqliyyatda görünən Rusiya prezidenti Vladimir Putinin oxşarının videosu yayılıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kadrlarda qış geyimində olan kişinin trolleybusda mürgülədiyi görünür. Ola bilsin ki, özünü yatmış kimi göstərib, çünki yəqin kimə oxşadığını bilib.

Şərhlərdə kimsə onun “üzünün bəxti gətirmədiyini” qeyd edib.

"Mən ona Rusiya imperiyasının təslim olması ilə bağlı birbaşa efirdə açıqlama verməsini təklif edirəm", - sosial şəbəkələrdə belə zarafat edən də olub.

Xəbər lenti