IMG-LOGO

Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb

24 Nov 2026 23:10 7 baxış
IMG

Yardımlıda məktəblinin meyiti tapılıb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Gendərə kəndində baş verib.

Belə ki, ikinci sinif şagirdi Ə.Q. məktəbdən evə qayıtmayıb. Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb. Lakin axtarışlar zamanı məktəblinin meyiti kənddəki körpünün altında aşkarlanıb.

İlkin ehtimala görə, Ə.Q. körpüdən yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır.

Mənbə: report.az

Xəbər lenti