IMG-LOGO

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava

24 Nov 2026 19:23 4 baxış
IMG

Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 24-ü saat 19:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, cənub-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Kəlbəcər və Şahdağda 20, Qobustanda 19, Xınalıqda 18, Xızıda 17 m/s-dək güclənir.

Mənbə: report.az

Xəbər lenti