IMG-LOGO

İtkin düşən nüvə aliminin meyiti meşədən TAPILDI

02 Jun 2026 16:48 2 baxış
IMG
1 0

ABŞ-da müəmmalı şəkildə itkin düşən alimlərdən biri, Melissa Kasyasın meyiti meşəlik ərazidə tapılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mayın 28-də ştatın istintaq bürosuna turist tərəfindən Karson milli meşə qoruğunda insan qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub. 

Aparılan araşdırmalar nəticəsində meyitin şəxsiyyəti müəyyən edilib və onun Melissa Kasyas olduğu təsdiqlənib.

Qadının ölümünün səbəbi və xarakteri hələlik müəyyən olunmayıb. O, ötən ilin iyunun 26-da itkin düşüb. Məlumata görə, 54 yaşlı qadın əvvəlcə qızını iş yerində ziyarət edib, daha sonra isə mobil telefonunu, pul kisəsini və sənədlərini qoyaraq oranı tərk edib.

Melissa Kasyas nüvə sahəsində araşdırmalar aparılan milli laboratoriyada çalışırdı. Həmin müəssisədə itkin düşmüş digər alim, Antoni Çavez də işləyib.

Hadisələr dünyadan xəbərlər alim

Mənbə: lent.az

Xəbər lenti