IMG-LOGO

İran hava məkanını bağladı

08 Jun 2026 00:16 2 baxış
IMG
0 0

İran hakimiyyəti təhlükəsizlik səbəbləri ilə ölkənin qərb hissəsində hava məkanının növbəti bildirişədək bağlanması barədə qərar qəbul edib.

IRNA agentliyi xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əxvan məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra ölkənin hava məkanının qərb sektoru qeyri-müəyyən müddətə bağlanıb.

Əxvan vətəndaşları zəruri olmadıqca hava limanlarına getməməyə və reyslərlə bağlı məlumatları kütləvi informasiya vasitələrindən izləməyə çağırıb.

iran israil hava məkanı

Mənbə: lent.az

Xəbər lenti