IMG-LOGO

"YAP-ın namizədi İlham Əliyev olacaq" - Partiya rəsmisi

12 Dec 2023 10:32 161 baxış
IMG

Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib. 

O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.

Tahir Budaqov qeyd edib ki, iclasın vaxtı yaxın günlərdə açıqlanacaq.

Mənbə: lent.az

Xəbər lenti