ABŞ Prezidenti Donald Tramp yumşaq miqrasiya siyasətinin dövlətlər üçün təhlükə yaratdığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsindəki paylaşımında yazıb.
"Açıq sərhədlər ölkələri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ da belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi", – Tramp qeyd edib.
Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin və ölkədə qanunsuz yaşayan miqrantların kütləvi deportasiyasının tərəfdarı olduğunu bəyan edib.
Mənbə: report.az