IMG-LOGO

Bakıda iki maşın toqquşdu, yaralanan var

20 Nov 2026 00:01 5 baxış
IMG
0 0  

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə “Kia” markalı minik avtomobili ilə “Isuzu” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb.

İlkin məlumata görə, qəzaya “Kia”nın sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Nəticədə “Kia” markalı avtomobilin sürücüsü yüngül yaralanıb.

Faktla bağlı araşdırma aparılır. Fərid Yusifov

 

bakı qəza kia isuzu xəsarət

Mənbə: lent.az

Xəbər lenti