Yaponiya və Hindistan hərbi sahədə və müdafiə sənayesində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Razılaşma hər iki ölkənin xarici işlər və müdafiə nazirlərinin Tokioda "2+2" formatında keçirilən görüşü zamanı əldə olunub. Danışıqlarda Yaponiya və Hindistanın müdafiə qurumlarının rəhbərləri Sindziro Koidzumi və Racnatx Sinqx, eləcə də xarici işlər nazirləri Tosimitsu Motegi və Subramanyam Cayşankar iştirak ediblər.
"Əməkdaşlığımız sayəsində Hind-Sakit okean regionunun dayağına çevrilməyə ümid edirik", - Motegi danışıqların yekunları üzrə keçirilən birgə mətbuat konfransında bildirib.
Qeyd olunub ki, razılaşma həmçinin yapon hərbçilərinə gələcək birgə təlimlər çərçivəsində Hindistan poliqonlarında raket atışları həyata keçirməyə imkan verir.
Mənbə: report.az