30 yaşdan yuxarı oyunçu sonuncu dəfə "Çelsi"də 2024-cü il mayın 19-da Premyer Liqa mövsümünün son oyununda "Bornmut"a qarşı oynayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin veteran Tiaqo Silva olub. O vaxt onun 39 yaşı olub və yeri gəlmişkən, oyunun axırına kimi meydanda qalıb.
Braziliyalı müdafiəçinin gedişindən bəri "mavilər"də oynayan ən yaşlı oyunçu 28 yaşlı Tosin Adarabioyo olub.
"Çelsi"nin həmişə gənc olan heyəti tezliklə veteran ulduzlar Denni Uelbek və Cordan Hendersonla gücləndirilə bilər - klub oyunçuları fəal şəkildə izləyir.
35 yaşlı Uelbek ötən mövsümü "Brayton"da keçirib və Premyer Liqanın 37 oyununda 13 qol vurub. Henderson bir yaş böyükdür.
İlin ən yaddaqalan zədəsini almadan əvvəl, Cordan Premyer Liqaya qayıdandan sonra ilk mövsümünü "Brentford"da keçirib (32 oyunda 1 qol, 3 məhsuldar ötürmə).
İdman xəbərləri
Mənbə: lent.az