Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda da qələbə qazanıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Norveçin "Forde VBK" kollektivi ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Ordunun 3:0 (25:18, 25:18, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında səfərdə baş tutan görüşdə də Azərbaycan təmsilçisi rəqibini 3:0 (25:11, 25:17, 25:19) hesabı ilə üstələmişdi.
Mənbə: report.az