IMG-LOGO

Lukaşenkonun oğlu qol vurdu, atasının komandasını məğlubiyyətdən qurtardı

27 Dec 2025 20:00 4 baxış
IMG
0 0

Belarus prezidentinin komandası ilə Brest vilayətinin komandası arasında keçirilən hokkey oyunu 5:5 hesablı heç-heçə ilə başa çatıb (2:1, 1:2, 2:2).

Lent.az xarici mediaya istinadla bildirir ki, görüş “Olimpik-Arena”nın buz meydançasında baş tutub.

Prezidentin komandasına heç-heçəni təmin edən beşinci qolu üçüncü hissənin bitməsinə 0,3 saniyə qalmış oğlu Nikolay Lukaşenko vurub.

Qeyd olunur ki, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko da bu oyunda iştirak edib.

İdman xəbərləri

Xəbər lenti