IMG-LOGO

Kuşner: Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə razılaşıb

19 Nov 2026 22:41 11 baxış
IMG

ABŞ Ukrayna üçün hər hansı təhlükəsizlik sazişinin NATO nizamnaməsinin 5-ci maddəsinin prinsiplərinə əsaslanacağına Moskvanı inandıra bilib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton Ukraynaya veriləcək istənilən təhlükəsizlik zəmanətinin daha geniş razılaşmaların tərkib hissəsi olmasından çıxış edir.

"Bilirəm ki, Rusiyada bu konsepsiyaya böyük skeptisizm və inamsızlıqla yanaşırlar, lakin elə bu səbəbdən Avropa və Rusiya arasında dialoqu bərpa etmək vacibdir. ABŞ-nin nöqteyi-nəzərindən nizamnamənin 5-ci maddəsinə bənzər təhlükəsizlik qarantiyalarının təqdim edilməsi həqiqətən çox vacib bir addımdır. Düşünürəm ki, Prezident (ABŞ Prezidenti Donald Tramp-red) Tramp buna açıqdır. Lakin aydındır ki, bu, Amerikanın maraqlarına cavab verməlidir və biz əmin olmalıyıq ki, bu, təhlükəsizliyin təmin edilməsi üçün daha geniş tədbirlər paketinin bir hissəsidir", - o əlavə edib.

Mənbə: report.az

Xəbər lenti