IMG-LOGO

SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır

19 Nov 2026 20:12 12 baxış
IMG

İran daha əvvəl Dieqo-Qarsiya adası ərazisində 4 500 km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malik raketlərinin imkanlarını nümayiş etdirib və ölkənin Ali rəhbər Müctəba Xamenei göstəriş versə, ABŞ-nin Avropadakı bazalarına zərbə endirilə bilər.

"Report" İranın SNN agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohəbbi bildirib.

O xatırladıb ki, İran raketlərinin uçuş məsafəsinin 2 min km ilə məhdudlaşdırılması barədə qərar İslam İnqilabının mərhum ali rəhbəri Əli Xameneiyə məxsusdur:

"Əgər ölkənin indiki ali rəhbəri (Müctəba Xamenei) belə bir göstəriş verərsə, İran Avropadakı Amerika hərbi bazalarına zərbələr endirmək iqtidarındadır".

SEPAH nümayəndəsi bildirib ki, ABŞ İranın su bəndlərinə zərbə endirəcəyi təqdirdə, Tehran simmetrik cavab verəcək.

Mənbə: report.az

Xəbər lenti