IMG-LOGO

Həkim sağ qalan qadını meyitxanada öldürdü

19 Nov 2026 17:57 26 baxış
IMG
0 0

Arxangelsk vilayətinin Severodvinsk şəhərində 73 yaşlı xəstəni qətlə yetirməkdə ittiham olunan 29 yaşlı həkim həbs edilib.

Lent.az xarici mediaya istinadən bildirir ki, istintaq məlumatına görə, 2025-ci ilin dekabr ayında reanimatoloq Oleq Q. qadını xilas etməyə çalışıb, lakin səylərinin uğursuz olduğunu düşünərək onun öldüyünü bildirib. Cəsəd meyitxanaya göndərilib və iki saat sonra işçilərdən biri həyat əlamətləri görüb həkimə məlumat verib.

Həkim meyitxanaya gəlib, xəstənin nəbzini yoxlayıb və səhvini ört-basdır etmək üçün ona “Propofol” adlı anestezik dərman vurub. İynə ölümcül olub.

Həkim barəsində köməksiz qadının qətli ilə bağlı cinayət işi açılıb.

Rusiya Arxangelsk vilayəti Severodvinsk həkim cinayəti reanimatoloq Oleq Q. xəstə ölümü 73 yaşlı qadın meyitxanada dirilən qadın həkim səhlənkarlığı tibbi səhv qətl hadisəsi Propofol ölümcül iynə həkim həbs edildi cinayət işi xəstəxanada ölüm tibbi cinayətlər dünya xəbərləri Rusiyada qətl

Mənbə: lent.az

Xəbər lenti