IMG-LOGO

FHN: Ötən həftə 165 yanğına çıxış olub, 55 nəfər xilas edilib

19 Jan 2026 09:36 3 baxış
IMG

Ötən həftə 165 yanğına çıxış olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən həftə ərzində 165 yanğına çıxış və 43 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 55 nəfər xilas edilib, 13-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilib.

Xəbər lenti