IMG-LOGO

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Doris Miller" aviadaşıyıcısı Trampın şərəfinə yenidən adlandırılmayacaq

22 Nov 2026 05:28 16 baxış
IMG

ABŞ Hərbi Dəniz Qüvvələri hazırlanmaqda olan "Doris Miller" aviadaşıyıcısının adını prezident Donald Trampın şərəfinə dəyişdirməmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalına qurumun rəhbəri vəzifəsini icra edən Hunqa Kao bildirib.

"USS Doris Miller" [aviadaşıyıcısının] adını dəyişdirmək planlaşdırılmır", - o bildirib.

Trampın ilk prezidentlik müddəti dövründə yeni aviadaşıyıcı kreyserlər seriyasının dördüncüsünü, İkinci Dünya müharibəsi zamanı Pörl Harbora hücumun dəf edilməsində fərqlənən qaradərili dənizçinin şərəfinə "Doris Miller" adlandırmaq qərara alınmışdı. O, Hərbi Dəniz Qüvvələrinin əhəmiyyətinə görə ikinci mükafatı olan Hərbi Dəniz Xaçına layiq görülən ilk qaradərili dənizçidir.

Lakin bu ilin avqustunda NBC telekanalı xəbər vermişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi aviadaşıyıcıya Trampın adının verilməsi imkanını nəzərdən keçirir.

Mənbə: report.az

Xəbər lenti