IMG-LOGO

Dişini çəkdirən gənc oğlan öldü

27.07.2024 16:38 24 baxış
IMG

Rusiyanın paytaxtı Moskvada dişini çəkdirən Moldova vətəndaşı dünyasını dəyişib.

Lent.az yerli mediaya istinadla bildirir ki, gənc bu il iyulun 11-də şiddətli diş ağrısı şikayəti ilə həkimə müraciət edib. Həkimlər dişi çıxarıblar, lakin manipulyasiyadan sonra naməlum səbəbdən qanaxma uzun müddət dayanmayıb. Nəticədə 20 yaşlı əcnəbi Zveniqorod xəstəxanasına yerləşdirilib.

Dörd gündən sonra Moldova vətəndaşı evə buraxılıb. Lakin qanaxma dayanmayıb.

İki gün sonra o, Kliniki Üz-çənə Plastik Cərrahiyyə və Stomatologiya Mərkəzinə baş çəkib. Orada mütəxəssislər xəstədə böyük qan itkisi müşahidə edərək onu reanimasiya şöbəsinə yerləşdiriblər.

Ancaq o, iyulun 24-də səhər saatlarında dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti araşdırır.

Xəbər lenti