IMG-LOGO

Bu rayonlara leysan yağdı - Faktiki HAVA

18 Jul 2026 10:52 3 baxış
IMG
3 0

İyulun 18-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 29, Şəkidə 4, Gədəbəydə 2, Şahbuz, Sədərək, Daşkəsən, Tərtər, Mingəçevir, Yevlax, Neftçala, Qusar, Balakən, Zaqatala, Oğuz, Şahdağ, Lənkəran, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti müşahidə olunub.

Hava proqnozu

Mənbə: lent.az

Xəbər lenti