IMG-LOGO

Yuxusuzluq qadına 150 min dollar qazandırdı

18 Jul 2026 10:30 3 baxış
IMG
1 0

ABŞ-ın Şimali Karolina ştatının sakini yuxusuzluqla mübarizə apararkən onlayn lotereyada böyük məbləğ qazanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Rouli  iyulun 8-də yuxusuzluqdan əziyyət çəkib. O, yata bilməyib və vaxtını öldürmək üçün onlayn lotereyada iştirak etmək qərarına gəlib.

Bu, gözlənilmədən sərfəli bir qərar olub: o, 150 min dollar udub.

"Həmin anda inana bilmədim, çünki bu kimi şeylər tez-tez baş vermir", - lotereya qalibi etiraf edib.

O, qazandığı pulunu evini təmir etmək üçün xərcləməyi planlaşdırır.

Yuxusuzluq onlayn lotereya

Mənbə: lent.az

Xəbər lenti