IMG-LOGO

Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 27 %-ə yaxın artıb

19 Nov 2026 09:48 2 baxış
IMG

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 088 daşınmaz əmlak obyektinə yeni ünvan verilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 % çoxdur.

Hesabat dövründə yeni ünvan verilmiş obyektlərdən 758-i torpaq sahəsi, 115-i mənzil, 104-ü fərdi yaşayış evi, 67-si qeyri-yaşayış binası, 44-ü isə qeyri-yaşayış sahəsi olub.

Bundan başqa, 10 ayda ümumilikdə 7 792 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2 758-i daşınmaz əmlakın texniki pasportu, 5 034-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.

Mənbə: report.az

Xəbər lenti