Sakit okeanın dərinliklərində yaşayan, şəffaf başı və qeyri-adi gözləri ilə diqqət çəkən nadir balıq ilk dəfə 4K keyfiyyətində görüntülənib.
Lent.az xəbər verir ki, ABŞ-ın Monterey Bay Akvarium Tədqiqat İnstitutunun (MBARI) alimləri barreleye (Macropinna microstoma) adlanan balığı Kaliforniya sahillərindən təxminən 90 kilometr aralıda, 600 metr dərinlikdə aşkarlayıblar.
Balığın ən maraqlı xüsusiyyəti şəffaf, günbəz formasında olan başının daxilində yerləşən boruşəkilli gözləridir. Bu gözlər əvvəlcə yuxarıya doğru yönəlir və balığa qaranlıq sularda ovunu izləməyə imkan verir. Ovunu müəyyən etdikdən sonra isə gözlərini önə doğru çevirərək onu təqib edə bilir. Başını örtən şəffaf toxuma həm də gözlərini dərin dənizdəki digər canlıların sancıcı tentakullarından qoruyur.
Alimlər uzaqdan idarə olunan sualtı robot vasitəsilə balığı təxminən 20 dəqiqə müşahidə ediblər. Tədqiqatçılar bildiriblər ki, təxminən 40 illik dəniz araşdırmaları ərzində bu növlə cəmi 11 dəfə qarşılaşıblar. Yeni görüntülər balığın görmə qabiliyyətini və dərin okean şəraitinə uyğunlaşmasını daha ətraflı öyrənməyə kömək edəcək.
nalıq okeanMənbə: lent.az