IMG-LOGO

Çin "Shijian-24" eksperimental peykini uğurla orbitə çıxarıb

19 Nov 2026 05:07 4 baxış
IMG

Çin "Shijian-24" eksperimental peykini uğurla orbitə çıxarıb.

"Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, "Changzheng-2D" (CZ-2D) daşıyıcı raketinin buraxılışı Bakı vaxtı ilə saat 02:51-də Şansi əyalətindəki "Tayyuan" kosmodromundan baş tutub.

Peyk nəzərdə tutulmuş orbitə uğurla çıxıb. Buraxılış "Changzheng" seriyalı daşıyıcı raketlər üçün 678-ci olub.

"Changzheng-2D" uzunluğu 40,7 m, başlıq örtüyünün diametri 3,35 m və start dartı qüvvəsi 2 960 kilonyuton olan ikipilləli maye yanacaqlı raketdir.

Raket aşağı Yer orbitinə 3,5 tona qədər, 700 km hündürlüyündəki Günəşlə sinxron orbitə isə 1,3 tona qədər faydalı yük çıxarmaq qabiliyyətinə malikdir.

Bu növ daşıyıcı raket üçün buraxılış sayca 108-ci və 2026-cı ildə yeddinci olub.

Mənbə: report.az

Xəbər lenti