IMG-LOGO

ABŞ Prezidenti amerikalıları ərzaq və su ehtiyatı görməməyə çağırıb

19 Nov 2026 07:18 8 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp son vaxtlar elektrik enerjisi təchizatında baş verən genişmiqyaslı fasilələr fonunda amerikalıları sakitliyi qorumağa, ərzaq və içməli su ehtiyatı görməməyə çağırıb.

"Report" xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

Elektrik enerjisi təchizatı sahəsində fövqəladə vəziyyətin tətbiq olunmasını şərh edən Tramp əmin edib ki, ciddi təhlükə yaranacağı təqdirdə, əhalini vaxtında məlumatlandıracaq.

"Rahat olun. Problem yaranarsa, mən sizə xəbər verəcəyəm", - ABŞ Prezidenti bildirib.

Trampın fikrincə, Birləşmiş Ştatların rəqibləri belə bir addımın nəticələrindən çəkinərək Amerika elektrik şəbəkəsinə hücuma cəsarət etməyəcəklər.

Mənbə: report.az

Xəbər lenti