Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə noyabrın 17-də saat 16 radələrində rayonun Bahar qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb.
Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobilin idarəetməsini itirərək su arxına aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, 59 yaşlı Beyləqan rayon sakini Həbib Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
HadisələrMənbə: lent.az