IMG-LOGO

Tramp ABŞ-nin nüvə arsenalının daha da ixtisar edilməsinin çətin olduğunu bildirib

19 Nov 2026 06:58 10 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Rusiya və Çinlə mümkün razılaşmalar çərçivəsində Amerika nüvə arsenalının daha da azaldılması çətindir.

"Report" xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

"Bunu etmək çox çətindir. Mənim üçün bu, çətin qərardır", - Tramp Moskva və Pekinlə nüvə silahlarının azaldılmasına dair razılaşmanın əldə olunması perspektivlərini şərh edərkən bildirib.

Bununla yanaşı, Ağ Ev rəhbəri vurğulayıb ki, Vaşinqton nüvə silahından istifadə etmək niyyətində deyil.

"Biz nə vaxtsa ondan istifadə etmək istəmirik, lakin o bizdə var", - deyə ABŞ Prezidenti qeyd edib.

Mənbə: report.az

Xəbər lenti