IMG-LOGO

Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı

27.07.2024 09:25 26 baxış
IMG

Rusiyanın Vladivostok şəhərində 2 yaşlı uşaq binadan yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Nikiforova küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Azyaşlı binanın 7-ci mərtəbəsindən yıxılıb.

Zərərçəkmiş sağ qalıb və çoxsaylı xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti