IMG-LOGO

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

26 Jul 2024 21:58 245 baxış
IMG

Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.

Lent.az xəbər verir ki, milli komanda paraddan 16-cı keçib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.

 

Mənbə: lent.az

Xəbər lenti